Rent a Car Baku Rent a Car Baku (+994) 55 414 02 00 42/76 Mehdi Huseyn str. , Baku, Azerbaijan, AZE1066
5 stars - "Best Rental cars in Baku" Best daily rental cars.
  • (+994) 55 414 02 00

Avtomobil icarəsi zamanı bunlara diqqət edin

Bu yazımızda avtomobil icarəsi zamanı diqqət edilməsi  vacib olan məsələlərdən danışacağıq.  Xüsusilə bayram günlərində avtomobil icarəsinə ehtiyac duyuruq. İctimai nəqliyyatda yorulmaq, taksilərə pul xərcləmək əvəzinə rahat, komfortlu maşın kirayəyə götürmək hər cəhətdən daha əlverişli olur. Bəs, avtomobil icarəyə götürərkən nələrə diqqət etməliyik?

1) Ehtiyacınızın fərqində olun

Avtomobili icarə etməzdən öncə maşında neçə adam olacağınıza, avtomobili uzun və ya şəhəriçi istifadə edəcəyinizə, benzin büdcəsinə diqqət edin.

2) Qiymət üstünlüklərindən fərqlənin

Xüsusilə bayram ərəfəsində bir çox “Rent a Car” şirkəti endirimlər təklif edir. Lakin yalnız qiymətə aldanaraq aşağı keyfiyyətə də üstünlük verməyin. Avtomobil kirayəyə götürmədən öncə Alfa Rent a Car Baku şirkətinin təkliflərinə nəzər salmanızı məsləhət görürük.

3) Öncədən rezervasiya fürsətlərindən istifadə edin

Siz tətilinizə, planlarınıza uyğun olaraq avtomobili öncədən də sifariş edə bilərsiniz. Beləliklə, siz həm vaxtınıza həm də pulunuza qənaət etmiş olarsınız.

4) Siğorta və müqaviləyə diqqət edin

Bəzi “Rent a Car” şirkətləri insanların müqavilələri oxumamasından istifadə edərək əlavə şərtlər qeyd edir. Müştəri avtomobili təhvil verərkən gözlənilməz nəticələrlə qarşılaşır. Həmçinin avtomobillərin siğortalı olmasına da mütləq diqqət edin.

5) İcarə edəcəyiniz avtomobili detallı yoxlayın

Xüsusilə köhnə avtomobillərdən uzaq durun. Avtomobili təhvil alarkən ətrafında gəzinin. Cızıqlara, batıqlara diqqət edin. Salonda bəzi funksiyaların işlək olub-olmamasını yoxlayın.

Yuxarıda sadalanan bəndlərə diqqət etsəniz, icarəyə götürdüyünüz avtomobillə səyahət edərkən və təhvil verərəkən heç bir problemlə qarşılaşmayacaqsınız.

Comments (Şərh edilməmiş)

WhatsApp WhatsApp