Avtomobil icarəsi zamanı hansı dizel yoxsa benzin?
Gəlin, bu mövzuya birlikdə nəzər salaq.
Bildiyiniz kimi Azərbaycanda daha çox benzin və dizel mühərrikli avtomobillərə üstünlük verilir. Bir avtomobil almadan öncə ağıllara gələn ilk sual, dize yoxsa benzin mühərrikin olmasıdır. Avtomobil bazarına baxsaq dizel mühərrikli avtomobillər benzinə nəzərən 10-20% daha baha olur. Üstəlik dizel avtomobillərin baxımı daha çox məbləğ tələb edir.
Dizel avtomobillərin periodik baxım xərcləri benzinə nisbətən daha çox olur. Baxım məsrəflərinin çox olmasına bir neçə səbəb var. Əgər benzin mühərrikli avtomobilin hər hansı bir ehtiyyat hissəsinin baxım müddəti 20000 km-sə, bu dizel mühərrikli avotomobildə 15000 km. olacaqdır.
Dizel mühərrikli avtomobillər benzinli avtomobillərə görə adətən bir yanacaq xəsisi sayılır. Bu da dizel avtomobillərin bir addım daha öndə olduğunu göstərir. Həm də ölkəmizdə dizel yanacağının qiymətinin daha aşağı olması da bu avtomobillərin hər cəhətdən sərfəli olduğunu göstərir.
Əgər siz də avtomobil icarəsi zamanı sərfiyyata önəm verirsinizsə o zaman Alfa Rent Car Baku-nun təklif etdiyi dizel avtomobilləri icarə edə bilərsiniz.