Rent a Car Baku Rent a Car Baku (+994) 55 414 02 00 42/76 Mehdi Huseyn str. , Baku, Azerbaijan, AZE1066
5 stars - "Best Rental cars in Baku" Best daily rental cars.
  • (+994) 55 414 02 00

Avtomobillərin kirayəsi zaman keçdikcə daha da aktuallaşır və insanlar müxtəlif səbəblərdən avtomobil kirayələyir. Əvvəllər yalnız iş səyahətlərində avtomobillər kirayələnirdisə, hal hazırda bir çox hallarda avtomobil kirayələmək daha praktik sayılır. Avtomobil kirayələyən zaman ilk maraqlandıran mövzu kirayələdiyimiz avtomobilin sığortası olur. Sığorta həm müştərini ,həm də şirkəti baş verə biləcək fövqəladə hallardan qoruyur. Kirayə avtomobillərin sığortası icarədə olan avtomobilin zədələndiyi və ya oğurlandığı təqdirdə ödəməli olduğunuz artıq xərclərdən sizi qoruya biləcək sığortadır. Kirayə avtomobillərin sığortası şəxsi avtomobil sığortasından fərqli şəkildə işləyir. Belə ki,avtomobil 3 növ sığorta olunur: fərdi dəymiş zərərdən sığorta, oğurluqdan sığorta, həmçinin digər şəxsdən dəymiş zərərdən qoruyan sığorta. Şirkətimiz tərəfindən icarəyə verilən hər bir avtomobil sığortalanır və sığorta təminatı müştərinin diqqətinə çatdırılır.

Sığorta təminatı aşağıdakı hallarda keçərsiz sayılır.

Avtomobil kirayə sənədi üstündə adı yazılı şəxsdən başqası tərəfindən istifadə olunması halında
Avtomobilin istifadə təlimatları xaricində istifadə edilməsi(yüksək motor hərarəti,xarab təkərlə istifadə,fərqli benzin doldurulması və.s)
Avtomobilin yol hərəkəti qaydalarına riayət etmədən istifadəsi
Avtomobildə daşınan yükün qəzaya səbəb olması
Qəza vəziyyətində və ya oğurluq halında şirkətə xəbardarlıq edilməməsi və avtomobilin qəza yerində tərk edilməsi və.s

WhatsApp WhatsApp